SON ZƏNG

14.06.2017-ci il tarixində məktəbimizdə şagird, müəllim, valideyn və qonaqların iştirakı ilə ənənəvi son zəng tədbirləri keçirilmişdir. Tədbirdə ayrı-ayrı sinif məzunlarının hazırladıqları mahnı və rəqslərdən ibarət kompozisiyalar nümayiş etdirilmişdir. Məzunlar müəllimlərin, valideynlərin təbriklərini və arzularını dinləyərək onlara minnətdarlıqlarını bildirmişlər. Tədbirdə məktəbimizin ənənəsi olaraq simvolik “Bilik açarı” 11-ci sinif şagirdləri tərəfindən 10-cu sinif şagirdlərinə təntənə ilə verilmişdir. Məzunlar “Bilik açarını” 10-culara təqdim edərkən onlara dərslərində müvəffəqiyyətlər, 10-cular isə məzunlara buraxılış və ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr arzulayıblar. Məzunlarımıza uğurlar olsun!