106 SAYLI MƏKTƏBİN KOMANDASI “COCA-COLA MƏKTƏBLİ KUBOKU” TURNİRİNDƏ

"Coca-Cola Məktəbli Kuboku” turnirinin final mərhələsinə yekun vuruldu. AFFA, Təhsil Nazirliyi və “Coca-Cola” şirkətinin birgə layihəsi olan yarışın final qarşılaşmasında Qaradağ rayonu 106 saylı məktəbin komandası ilə Suraxanı rayonundakı 141 saylı məktəbin komandası qarşılaşmışdır. Final qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilmişdir. Turnirin Fair Play mükafatına Qaradağ rayonundakı 106 saylı məktəbin komandasının üzvü Ləman Həsənzadə layiq görülüb. Mükafatları Təhsil Nazirinin müavini, AFFA İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov, “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel və AFFA-nın baş katibi Elxan Məmmədov təqdim ediblər. Liqanı üçüncü pillədə başa vurmuş Gəncə şəhərinin 24 saylı orta məktəbinin komandası, ikinci yeri tutmuş Qaradağ rayon 106 saylı məktəbin komandası və turnirin qalibi Suraxanı rayonu 141 saylı məktəbin komandası müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla təltif edilmişdir. Turnirdə iştirak edən komandaları təbrik edir və bu qələbəni bizə yaşadan futbolçu şagirdlərimizə gələcək görüşlərində uğurlar arzulayırıq.