Bədii ədəbiyyatımız musiqidə, rəssamlıqda və kinoda

Məktəbimizin 9 B sinif şagirdlərinin iştirakı ilə “Bədii ədəbiyyatımız musiqidə, rəssamlıqda və kinoda” adlı tədbir keçirildi. Tədbirdə şagirdlər il ərzində ədəbiyyat dərsliyindən öyrəndikləri bədii əsərlərdən parçalar ifa etdilər, şerlər söylədilər. Eyni zamanda bəzi şagirdlər 9-cu sinifdə keçdikləri bədii əsərlərə aid rəsmlər nümayiş etdirdilər. Rəsmlərin çəkilməsində şagirdlər təsviri incəsənət müəllimi Yeganə Əzməmmədovanın məsləhətlərindən istifadə etmişdilər. Azərbaycan dili və ədəbiyyatı müəllimi, eyni zamanda sinif rəhbəri Brilyant Almazovanın şagirdlər ilə təqdim etdiyi tədbir çox yaddaqalan oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi