Qaliblərin qalibini seçdik

Məktəbin fəaliyyət planına uyğun olaraq ibtidai siniflərdə bir neçə mərhələrdən ibarət monitorinqlər aparılmışdır.Şagirdlərdə "Sürətli oxu" və "Düzgün yazı vərdişləri"nin necə formalaşdırılması yoxlanılmış,"Səni tərənnüm edirəm,Vətən"adlı şeir müsabiqəsi ,yay olimpiya oyunlarına həsr olunmuş"İdman uşaqların gözü ilə"adlı rəsm müsabiqəsi, 2-4 -cü sinif şagirdləri arasında Azərbaycan dili,riyaziyyat,həyat bilgisi fənlərinə aid məktəbdaxili olimpiada keçirilmişdir.Sonda bu mərhələlərdə ən yüksək nəticə göstərən şagirdlər müəyyənləşdirilmiş və həmin şagirdlər rəhbərlik tərəfindən "Fəxri fərman"la təltif olunmuşdur.Bir neçə mərhələdə yer tutan şagirdlər isə "Qaliblər qalibi" elan olunmuşdur.Tədbirin yekun final mərhələsi 29 aprel "oxu günü"nə təsadüf edirdi.Tədbirdə məktəbin ibtidai siniflər üzrə təlim-tərbiyə işləri üzrə direktor müavini Şölə Hacıyeva və sinif müəllimlərinə rəhbərlik tərəfindən təşəkkür elan edildi.