Bugün son zəng qeyd olundu

           Hər bir insanın həyatında bir ömür boyu unuda bilməyəcəyi, hər zaman sevinc göz yaşları ilə xatırlayacağı anlar olur. Belə anlardan biri də məktəb illəri zamanı yaşanan xoş xatirələr, heç zaman da unudulmayan "Son zəng" günüdür. 11-ci siniflərin "Son zəng" münasibəti ilə məktəbdə məzunların sevincli günlərini onlarla bərabər paylaşmaq üçün böyük bir tədbir təşkil edildi. Tədbirdə məktəbin direktoru, Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi, müəllim kollektivi, şagirdlər və valideynlər iştirak etdilər. Tədbirdə iştirak edən nümayəndələr və məktəbin direktoru məzunları təbrik etdilər, onlara öz ürək sözlərini bildirdilər. Sonra 11-cilərin hazırladıqları rəqslər, mahnılar təqdim olundu. Məktəbin ictimai işlərində, təhsillərində fərqləndiyinə görə məzunların bir neçəsi məktəbin direktoru tərəfindən Fəxri Fərmanla təltif olundular. Daha sonra 11-cilər estafeti 10-culara verərək açarı onlara təqdim etdilər və nəhayət son zəng səsləndi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi