"English is a Global Languade" adlı tədbir keçirildi
Aprelin 24-ü məktəbdə İngilis dili fənn aylığı ilə əlaqədar olaraq “English is a Global Languge” adlı yekun tədbir keçirilmişdi. Tədbiri məktəbin direktoru Mehdiyev K.Q açaraq müasir dövrdə ictimai-mədəni həyatın ingilis dili olmadan təsəvvür edilmədiyini bildirdi. Sonra şadirdlərin ifasında Azərbaycan şair və dramaturqlarınin əsərlərindən ingilis dilinə tərcümə olunmuş parçalar səsləndirildi. Şagirdlərin ingilis dilində ifa etdikləri mahnı və rəqslər bir daha məktəbdə ingilis dili fənninin tədrisinə xüsusi diqqət yetirildiyinin əyani nümunəsi oldu.