Şagirdlərin tərbiyəsində bədii ədəbiyyatın rolu

Fevralın 7-si məktəbin kitabxanasında “Şagirdlərin tərbiyəsində bədii ədəbiyyatın rolu” adı altında oxucu konfransı keçirildi. Kitabxana müdiri Əliyeva Naibənin “Bədii ədəbiyyatda milli dəyərlərimizin əks olunması və bədii ədəbiyyatın əhəmiyyəti” adlı məruzəsində bədii ədəbiyyat- söz sənətinin gözəlliyini duymaq, ondan zövq almaq, zərif hiss, geniş düşüncə sahibi olmağın hər kəsə vacibliyindən danışdı.

       Məktəbin dil-ədəbiyyat müəllimi Abbasova Çimnaz “Şagirdlərin vətənpərvərlik tərbiyəsində bədii ədəbiyyatın rolu” adlı çıxışında şair və yazıçılarımızın əsərlərindən nümunələr gətirərək, vətənə məhəbbət hisslərini gənc nəslə aşılanmasından, milli qeyrətimizlə bağlı olan bədii ədəbiyyatlarda xalqımızın keçmişinə, onun milli xüsusiyyətlərinə dərin məhəbbət hissinin ifadə olunmasından danışdı.

        Şagirdlərin “ Kitabi- Dədə Qorqud”, Y.V.Çəmənzəminlinin “İki od arasında”, Q.Səidinin  “ Əli və Nino”, C.Məmmədquluzadənin “Anamın kitabı", B.Vahabzadənin “ Gülüstan”, C.Novruzun “ Sevin Azərbaycanı” və s. əsərlər haqqında çıxışları çox təqdirəlayiq şəkildə qarşılandı. Çox əhəmiyyətli və faydalı olan bədii ədəbiyyat oxumaq hər kəsə tövsiyə  olundu. Tədbirdə dinləyici kimi iştirak edən digər müəllim və şagirdlər dinlədikləri əsərlərdən zövq aldıqlarını söylədilər.

 

  http://www.youtube.com/watch?v=XmU4WVFCwq4 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi