"Əziz Şuşa sən azadsan"

3 Oktyabr tarixində Binəqədi rayonu Zakir Məmmədov adına 103№-li tam orta məktəbdə Elm və Təhsil Nazirliyinin 26.09.2022-ci il tarixli, F-562 nömrəli əmrinə əsasən Nazirliyin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə ölkənin ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında "Əziz Şuşa, sən azadsan!" inşa müsabiqəsinin məktəb mərhələsi keçirildi. Müsabiqənin qalibi 9b sinif şagirdi Xalidə İbrahimova növbəti mərhələdə iştirak edəcək. Şagirdimizə uğurlar arzulayırıq!