27 sentyabr -Anım Günü

27 sentyabr tarixində Binəqədi rayonu Zakir Məmmədov adına 103№-li tam orta məktəbdə Anım Günü keçrildi.Tədbirdə məktəbin direktoru çıxış edərək şagirdlərə Anım Günü haqqında məlumat vermişdir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncamına əsasən 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti, şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.Tədbirdə məktəbimizin məzunları olan şəhidlər yad edildi. Tədbirdə iştirak edən qazilər çıxış edərək şəhidlərimizi yad etdilər.Sonda bir qrup müəllim,şagird kollektivi və qazilərimiz Şəhidlərimizin məzarını ziyarət etdilər.