Birlikdə kitab oxuyaq

Deyirlər, kitablar insanlara çox bənzəyir. Hər kitab bir insandır, bir taledir. Onların hər biri bizi öz sehrinə alıb, dünyanın sirlərini həzin nəğməsi ilə bizə pıçıldaya bilər. Kitab oxuduqca insan daha da təkmilləşir, pis vərdişlərdən əl çəkməyə çalışır, oxu zamanı qazanılan informasiyalar yaddaşı möhkəmlədir, mütaliə mədəniyyətini artırır. "Ailəm və məktəbim " layihəsi çərçivəsində valideyn və şagirdlərin birgə fəaliyyətlərə cəlb olunması məqsədilə 02.07.2022-ci il tarixində Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Fatimə Rüstəmova , UBTR Vüsalə Məmmədova və kitabxanaçı Minayə Məmmədovanın təşkilatçılığı ilə “Birlikdə kitab oxuyaq” adlı tədbir keçirildi.