Şən startlar

01.06.2022-ci il tarixində məktəb rəhbərliyinin təşəbbüsü, ibtidai sinif müəllimi Sevda Gözəlovanın təşkilatçılığı ilə məktəbimizin məzunu olmuş Şəhid Həci Hüseynov və Taleh Daşdəmirovun əziz xatirəsinə həsr edilmiş IV sinif şagirdləri arasında "Şən startlar" əyləncəli idman oyunu keçirilmişdir. Yarışın keçirilməsində məqsəd yetişməkdə olan gənc nəslə vətənpərvərlik ruhu aşılamaq,şəhidlərimizin əziz xatirəsini daim uca tutmaq,sağlam böyüməsini təmin etməkdir.