M.Ə. Sabir -160

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, satirik şair Mirzə Ələkbər Sabirin 160 illik yubileyi ilə əlaqədar tədbir keçirildi. Tədbirdə məktəbin kitabxanaçısı Minayə Məmmədova və ibtidai sinif müəllimi Yaqut Orucəliyeva Azərbaycan şairi, mütəfəkkir, ictimai xadim və müəllim Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığı haqqında şagirdlərə məlumat verərək qeyd etdilər ki, Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabir 1862-ci ildə Şamaxıda anadan olub. Əvvəlcə mollaxanada oxuyub,12 yaşından isə təhsilini məşhur şair Seyid Əzim Şirvaninin açdığı məktəbdə davam etdirib. Sabirin seçilmiş əsərlərinin “Hophopnamə” adlandırılması “Hophop” imzası ilə əlaqədardır. Mirzə Ələkbər Sabir çox sevdiyi uşaqları da yaddan çıxarmayıb, onlar üçün “Gəl, gəl a yaz günləri”, “Uşaq və buz”, “Yalançı çoban” və digər şeirlər yazıb.
Şagirdlərin ifasında şairin səhnələşdirilmiş şeirləri alqışla qarşılandı.