28 may Müstəqillik Günüdür!

27 may tarixində Binəqədi rayonu Zakir Məmmədov adına 103 nömrəli tam orta məktəbdə "28 may Müstəqillik Günü" keçrildi.Tədbirdə Məktəbin direktoru Həziyeva Səma, təlim-tərbiyə işləri üzrə direktor müavini Hüseynova Cəmalə, tərbiyə işləri üzrə direktor müavini Rüstəmova Fatimə, UBTR Məmmədova Vüsalə, məktəb müəllimləri və şagirdlər iştirak etdi.Tədbirdə məktəbin direktoru Həziyeva Səma çıxış edərək şagirdlərə Müstəqillik günü haqqında geniş məlumat verdi.1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.Sonda məktəbin şagirdləri şeir, rəqs və kompozisiyalarla tədbirimizi davam etdik.Tədbir şagirdlərimiz tərəfindən maraqla qarşılandı.Xocəsən qəsəbə Şəhidi Tural Məmişovun yadigarı II”b” sinif şagirdi Aişə Məmişova məktəbin ictimai fəaliyyətində fəal iştirak etdiyinə görə “Fəxri Fərman”a layiq görülüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi