QARABAĞ AZƏRBAYCANDIR!

Ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan olunması ilə bağlı Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə  silsilə tədbirlər keçirilir. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Fatimə Rüstəmova , UBTR -i Vüsalə Məmmədova və ədəbiyyat müəllimi Sevinc Əhmədovanın təşkilatçılığı ilə seminar keçirildi. 

 Seminarın keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizi özündə yaşadan, tarixi əhəmiyyəti ilə xalqımız üçün müstəsna dəyərə malik olan Qarabağın, o cümlədən Şuşanın zəngin mədəniyyətini, tarixini, təbiətini tanıtmaq, təbliğ etmək, yetişməkdə olan gənc nəslə çatdırmaqdır. Tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbir çərçivəsində Qarabağın, o cümlədən Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işğal dövründə məruz qaldığı dağıntılardan söz açılıb, şuşalıların yaşadıqları çətinliklər, Vətən həsrəti səhnəciklərlə, şeirlərlə xatırlanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi