Şuşa Qarabağın döyünən ürəyidir

“Şuşa ili” ilə bağlı Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə silsilə tədbirlər keçirilməsi davam edir. Məktəbin ədəbiyyat müəllimi Raziyə Əliyevanın təşkilatçılığı ilə məktəblilər arasında “Əziz Şuşa, sən azadsan!”, “Şuşa Qarabağın döyünən ürəyi” mövzularında inşa yazı müsabiqəsi keçirilmişdir. İnşa müsabiqəsində məktəbin X sinif şagirdləri iştirak edirdilər. Şagirdlər müsabiqədə fəal iştirak etdilər. İnşa yazı müsabiqəsinin keçirilməsində əsas məqsəd məktəblilərdə milli-mənəvi dəyərlərimizi özündə yaşadan, tarixi əhəmiyyəti ilə xalqımız üçün müstəsna dəyərə malik Şuşa şəhəri haqqında bilgiləri daha da artırmaq, eləcə də yeniyetmələrdə milli dəyərlərimizin aşılanması olub. Müsabiqə iştirakçıları 45 dəqiqə ərzində Şuşa şəhəri barədə öz bilgilərini qələmə alıblar. İnşa yazılar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Ən yaxşı yazıların müəllifləri mükafatlandırılacaq.