Heydər Əliyevin 99-cu ildönümü münasibəti ilə əlaqədar tədbir keçrildi

10 may tarixində Zakir Məmmədov adına 103 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin 99-cu ildönümü münasibəti ilə məktəbin kitabxanasında tədbir keçrildi.Tədbirdə məktəbin direktoru Həziyeva Səma, tərbiyə işləri üzrə direktor müavini Rüstəmova Fatimə, UBTR Məmmədova Vüsalə, kitabxanaçı Minayə Məmmədova və məktəb şagirdləri iştirak etdi.Tədbirdə məktəbin direktoru Həziyeva Səma çıxış edərək şagirdlərə Ulu Öndərin həyat və fəaliyyətindən, elm, təhsil, mədəniyyət sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərindən, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq işlərindən danışıb.Ümummilli liderin xüsusilə elm və təhsilin inkişafına həmişə böyük diqqət və qayğı göstərdiyi, azərbaycanlı gənclərin respublikadan kənarda təhsil alması üçün geniş imkanlar yaratdığı vurğulanıb.Tədbirdə ulu öndər Heydər Əliyevin zəngin və qədim tarixə malik bir xalqın müstəqillik arzusunu həyata keçirdiyi, dünya siyasətinə təsir etmək gücündə olan liderliyi, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacaran siyasətçi olması şagirdlərin diqqətinə çatdırılıb.Tədbirdə iştirak edən şagirdlərə sorğu anketi təqdim olundu.Tədbirdə şagirdlərimiz fəal iştirak etdərək öz fikirlərini bizimlə bölüşdülər.