"Valideyinin məktəbdə bir günü"

27 aprel tarixində Binəqədi rayonu Zakir Məmmədov adına 103 nömrəli tam orta məktəbdə 2 Ailəm və məktəbim" layihəsi çərçivəsində " Valideyinin məktəbdə bir günü" adlı tədbir keçrildi. Valideynlərin məktəbdəki günü səhər saat 9-da başladı. Qonaqlarını məktəbin direktoru Həziyeva Səma salamladı. Məktəbdə görülən işlərdən tutmuş verilən təhsilin keyfiyyətinə qədər hər məsələdən danışan məktəb rəhbəri təhsil müəssisəsi ilə valideyn münasibətlərinin bu işlərin uğurlu nəticələnməsinə təsir edən başlıca amil olduğuna diqqət çəkdi. “Valideyn-məktəb əməkdaşlığı şagirdin inkişafı üçün əlverişli psixoloji mühitin yaradılmasının əsas şərtidir”, - dedi. Valideynlər məktəb mühiti ilə tanış olandan sonra onlara məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumat verildi. Sonra “açıq dərs”ə girdilər. Arzuladıqları müəllimin, istədikləri sinfin dərsində iştirak etdilər. Dərsdən sonra həm pedaqoji, həm də texniki işçi heyətilə söhbətləşdilər. Sonra idman zalına doğru yönəldilər. “İdman sağlamlığın rəhnidir” deyib fiziki inkişafına çalışan məktəblilərin qətiyyəti ilə tanış oldular.Məktəbin foyesində şagirdlərin əl işlərinin sərgiləndiyi yerə gəlib çıxdılar. Burada uşaqların yaradıcı inkişafını göstərən bir-birindən gözəl nümunələrlə tanış oldular. Ayrı-ayrı fənlər üzrə yaradılan guşələrdən birini də məktəbin psixoloqu təqdim etdi.Tərbiyə işləri üzrə direktor müavini Fatimə Rüstəmova risk qrupuna daxil olan şagirdlərlə işindən danışdı. Məktəblilərin zərərli vərdişlərlə mübarizəsinə necə dəstək verdiyini, bu mübarizədə valideynlərin üzərinə düşənləri anlatdı. Dedi ki, valideynlər üçün xüsusi bukletlər belə hazırlayıblar.