"Təbiəti qoruyanlar"

 26 aprel tarixində Binəqədi rayonu Zakir Məmmədov adına 103 nömrəli tam orta məktəbdə   Yaşıl layihə - “Təbiəti qoruyanlar” layihəsinin həyata keçirilməsi ilə bağlı məktəbin həyətyanı sahəsində ağaclar əkilmiş və həmişəyaşıl ağaclara qulluq edilmişdir.Layihənin məqsədi təhsilalanların ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması, müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, müvafiq qlobal problemlərini həllinə dəstək verilməsindən ibarətdir. Məktəbin biologiya  müəllimi Əzimova Emilya şagirdlərə bir daha bitkilərə və ağaclara qulluq edilməsi ilə bağlı məlumatlar vermişdir.Bitkilərin təbiətdə və insan həyatında olan əsas rolunu şagirdlərə çatdırmışdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi