Şuşa ili "Qardaşlaşmış məktəblər"

11 aprel tarixində Bİnəqədi rayonu Zakir Məmmədov adına 103 nömrəli tam orta məktəbdə "Qardaşlaşmış məktəblər" təşəbbüsünə qoşulmuş yerli və xarici ümumitəhsil müəssisələrinin "Şuşa ili" ilə bağlı tədbirlərlərdən biridə bizim ibtidai sinif rəhbərləri Eyvazova Arzu və Xəlilova Pərvin tərəfindən təşkil olundu.Tədbir şagirdlər tərəfindən çox maraqla qarşılandı.Zəfər yurdunun şagirdləri Şuşa haqqında geniş məlumat verərək yoldaşları ilə fikir mübadiləsi aparmışlar.Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılmış, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirilmiş, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılmışdır.Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.