13 aprel Mülkü Müdafiə günü tədbiri keçrildi

13 aprel tarixində Binəqədi rayonu Zakir Məmmədov adına 103 nömrəli tam orta məktəbdə Mülkü Müdafiə günü keçrildi.Tədbir məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Hüseyinova Cəmalə, tərbiyə işləri üzrə direktor müavini Fatimə Rüstəmova, UBTR Məmmədova Vüsalə və sinif rəhbərlərinin təşkilatçılığı ilə həyata keçrildi.Tədbirin keçrilməsində əsas məqsəd şagirdlərdə vətənpərvərlik və vətənə məhəbbət hissinin aşılanması, vətən qarşısında konstitusiya ilə müəyyən olunmuş borclarının yerinə yetirilməsinə hazırlıq hisslərinin tərbiyə olunması.Mülki Müdafiə tədbirlərinin vacibliyinə inamın tərbiyə olunmas, xalqımızın qəhrəmanlıq ənənələrinin şagirdlərə aşılanması, şagirdlərdə tapşırılan iş üçün məsuliyyət, igidlik, dözümlülük və özünə inam, təşəbbüskarlıq, başqalarına kömək, fiziki dözümlülük və bu kimi digər insani keyfiyyətlərin aşılanması, şagirdlərdə və pedaqoji kollektivdə fövqəladə hadisələr zamanı davranış üzrə nəzəri biliklər və əməli vərdişləri təkmilləşdirmək, məktəbdə yaradılmış Mülki Müdafiə qüvvələrinin fəaliyyətini əməli yoxlamaq, şagirdlərin Mülki Müdafiə siqnalları üzrə fəaliyyətini, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək bacarığını, nəfəs orqanlarını mühafizə edən sadə vasitələri hazırlamaq qabiliyyətlərini yoxlamaqdan ibarətdir. Məktəbdə Mülki Müdafiə tədbirlərinin təşkilini və keçirilməsini müəllim-şagird heyətinə öyrətmək, düşmənin müasir qırğın vasitələri ilə hücumu zamanı, təbii və texnogen fəlakət və qəzalar zamanı müəllim və şagirdlərin nəzəri və praktiki biliklərinin təkmilləşdirilməsidir. Daha sonra məktəbin hərbi rəhbəri fövqəladə hadisələr zamanı xilasetmə işlərinə aid olan ilk tibbi yardım zamanı insanlara süni nəfəsin verilməsi və ürəyin qapalı masajının edilməsi qaydalarını nümayiş etdirdi. Şagirdlər məktəbin həyətindəki "yanğını" söndürdülər, "zərər çəkənləri" təcili tibbi yardım maşınına apardılar. Şagirdləri və müəllimləri əyani surətdə fövqəladə hallar baş verdiyi zamanı necə davranmaq lazım olduğunu nümayiş etdirmək üçün həyəcan siqnalı verildi. Məktəbin bütün işçi və şagird heyəti təxliyyə planına əsasən məktəbin həyətinə çıxarıldı. Orada tədbir iştirakçıları baş vermiş hadisə ilə bağlı bir daha məlumatlandırıldı. 11-ci sinif şagirdlərinin hazırladıqları fəlakət zamanı baş verəcək təhlükəli halların səhnələşdirilmiş təlim forması nümayiş olundu.