Novruz adət ənənələrinin yer aldığı kinofilmlərin nümayişi

Binəqədi rayonu Zakir Məmmədov adına 103 nömrəli tam orta məktəbdə UBTR Vüsalə Məmmədovanın təşkilatçılığı ilə 6ç sinfində şagirdlərə Novruz adət ənənələrini əks etdirən kinofilm  nümayiş etdirildi.Azərbaycanda Novruz bayramı yazın gəlişinin, təbiətin oyanışının ilk müjdəsini gətirən xalq bayramı hesab olunur. Tarixi keçmişimizə nəzər salsaq o zaman görərik ki, tarixi xronologiyanın hökmü ilə məhz Şərq xalqları Novruz mərasimlərinin yaradılmasında və inkişafında, eyni zamanda onun tam bir düşüncə sisteminə çevrilməsində böyük rol oynayıblar. Novruzla bağlı olan kinofilmlər Novruz bayramının adət-ənənələri geniş göstərilməklə Kosa və keçəl personajları, papq atdı, yumurta bəzədilməsi, səməni, kəndirbazın oyunları və s. oyunlar öz əksini tapmışdır. “Bahar təranələri” multiplikasiya filmi Azərbaycan animasiya tarixində ən yaxşı filmlərdən biri oldu”.Qeyd  edək ki, Azərbaycan kinosunda Novruz elementlərinin olması insanlarımızda böyük ruh yüksəkliyi yaradır, onları milli bayramlara daha da bağlayır. Artıq qadağalar dövrü geridə qalıb, müstəqil ölkənin müstəqil kinosu var. Bu baxımdan da istənilən mövzu kinomuza gətirilə bilər. Hətta artıq bir neçə ildir ki, Novruz bayramı beynəlxalq səviyyədə qeyd olunur, dünya Azərbaycanda keçirilən Novruz adət-ənənəsindən danışır. Belə olan halda kinomuzda bu adət-ənəyə yenidən müraciət edərək daha mühüm məqamları kino tarixinə yazmaq mümkündür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi