Novruz adətləri haqqında təqdimat müsabiqəsi

Binəqədi rayonu Zakir Məmmədov adına 103 nömrəli tam orta məktəbdə Novruz adətləri haqqında təqdimat müsabiqəsi keçrilmişdir. Müsabiqə zamanı məktəbin ədəbiyyat müəllimləri Sevinc Əhmədova , Əfqanə Hüseynova və Raziyyə Əliyeva Novruz bayramı ilə əlaqədar mühazirələr etmişdir. Mühazirələr zamanı şagirdlərin suallarına cavab verilmişdir. Müsabiqə şagirdlər tərəfindən maraqla qarşılanmışdır.Şagirdlər öz təqdimatlarını təqdim etdikdən sonra ən yaxşı təqdimat nümunəsini hazırlayan şagirdlərə təşəkkürnamə təqdim olundu.