"Bahar çələngi" adlı ədəbi-bədii kompozisiya, konsert proqramı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 01mart 2022-ci il F-85 nömrəli əmrinə əsasən "Bahar çələngi" layihəsinin icrası ilə bağlı Tədbirlər Planına uyğun olaraq , Binəqədi rayonu Zakir Məmmədov adına 103 nömrəli tam orta məktəbdə  məktəbdənkənar sinifdənxaric işlər üzrə direktor müavini Rüstəmova Fatimə və UBTR Məmmədova Vüsalənin təşkilatçılığı ilə  "Bahar çələngi" adlı konsert proqramı təşkil olundu.Milli adət-ənənələrlə zəngin Novruz bayramına və baharın gəlişinə həsr olunmuş tədbir şagirdlərin böyük marağına səbəb oldu. Novruz adətlərinin tərənnümü ilə keçən rəngarəng tədbirdə şagirdlər müxtəlif şeirlər, kiçik tamaşalar, musiqilər ifa etdilər, rəqslər nümayiş etdirdilər..Novruzun rəmzləri Kosa, Keçəl, Bahar qızları şagirdlərə baharın gəlişini elan edərək yazda ağacların tumurcuqlayıb, çiçəkləməsi, torpağın oyanışı kimi də insanların gözəl keyfiyyətləri ilə özlərini oyatmasını, təmiz, səliqəli, intizamlı, nümunəvi şagirdlər olmasını arzu etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi