"Yurdumuza yaz gəlir" sərgi

15 mart tarixində Zakir Məmmədov adına 103 nömrəli tam orta məktəbdə " Yurdumuza yaz gəlir" adlı şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olundu.Sərgidə bayramın atributlarını şagirdlər fərqli şəkildə canlandırıb, elə bil keçmişə səyahət ediblər. Boyaların müxtəlif çalarlarından istifadə edərək bir-birindən maraqlı rəsm əsərləri, tarixi keçmişimizi canlandıran nağılvari kənd həyatı, Novruzun simvolu olan Kosa, Keçəl obrazlarını, Novruz şirniyyatlarını öz əl işlərində yaratmışlar. Məktəbin foyesində olan bu mənzərə insana könül rahatlığı verir,sevincli hal da ondan ibarətdir ki. Şagirdlər bu əl işlərini xüsusi qabiliyyət və məhəbbətlə yaradıblar. Bu işdə əməyi olan həm müəllimlərə, həm də şagirdlərə təşəkkürümüzü bildiririk.