Beynəlxalq Ana Dili günü

21 fevral tarixində Zakir Məmmədov adına 103 nömrəli tam orta məktəbdə Beynəlxalq Ana Dilininə həsr olunmuş tədbir keçrildi. Tədbirdə Məktəbin direktoru Səma Həziyeva, tərbiyə işləri üzrə direktor müavini Rüstəmova Fatimə, UBTR Məmmədova Vüsalə və məktəb müəllimləri iştirak etdi.Şagirdlər Ana Dilimizə aid şeirlər, rəqslər və müxtəlif ədəbi-bədii kompozisiyalar təqdim etdi.Məktəbin direktoru Həziyeva Səma çıxış edərək şagirdlərə Beynəlxalq Ana Dili Günü haqqında geniş məlumat verdi. Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi