"20 Yanvar " faciəsinin 32-ci il dönümü

19 oktyabr tarixində Binəqədi rayonu Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə məktəbdənkənar sinifdənxaric işlər üzrə direktor müavini Rüstəmova Fatimənin təşkilatçılığı ilə " 20 Yanvar" faciəsinin 32-ci il dönümünə həsr olunmuş tədbir keşrilmişdir.Tədbirdə məktəbin direktoru Həziyeva Səma, təlim-tərbiyə işləri üzrə direktor müavini Hüseynova Cəmalə,UBTR Məmmədova Vüsalə məktəb müəllimləri və şagirdlər iştirak etmişdir. Tədbir dövlət himnimizin səslənməsi ilə başlanmışdır, daha sonra müqəddəs Şəhid ruhları bir dəqiqəlik sükutla yad edilmişdir.Məktəbin direktoru çıxış edərək şagirdlərə 20 Yanvar faciəsi haqqında geniş məlumat vermişdir.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğın. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.Sovet Ordusu qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olmuşdur. Qara Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSRİ Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır. Eyni zamanda bu gecədə evlərə girib uşaqları girov götürür, bəzilərini isə öldürürdülər.Tədbirin şagirdlərin şeir, bədii komozisiyaları ilə davam etmişdir.