"Ekalogiya və biz"

12 yanvar tarixində Binəqədi rayonu Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə məktəbin coğrafiya müəllimi  Abdullayeva Aytənin təşkilatçılığı ilə "Ekalogiya və biz"  başlığı altında dəyirmi masa təşkil olunmuşdur. Daha sonra məktəbin məktəbdənkənar, sinifdənxaric işlər üzrə direktor müavini Fatimə Rüstəmova çıxış edərək şagirdlərə ekologiyanın qorunması ilə bağlı məlumat verib. Təmiz hava sağlamlığımız, gələcəyimizdir deyən Fatimə Rüstəmova Ekologiya dedikdə sadəcə hava yox, su və torpağın da nəzərdə tutulduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, ekologiya təmiz olanda, bizim səhhətimizdə də bir problem olmur.
Abdullayeva Aytən isə çıxışında vurğulayıb ki, keçirilən dərslər zamanı mütəmadi olaraq ekologiyadan, onun qorunmasından danışılır. “Yeni texnologiyalar yaranır ki, insanların yaşayışı, işləri daha da yüngülləşsin. Biz texnoloji yeniliklərdən istifadə edərkən, yeni əşyalar, yaxud yaşayış məskənləri qurarkən ətraf mühitə, ekologiyaya ziyan vurmamalıyıq. Hər bir şagird, valideyn, vətəndaş meşələrimizə, sərvətlərimizə ziyan vurulmasının qarşısını almalıdır. Təbiəti qorumaq bütün insanlığın işidir”, – deyə əlavə edib.
Məktəbin UBTR insanın özünə təmiz yanaşdığı kimi, təbiətə də təmiz yanaşması vacibdirlir, deməliyəm ki, ekoloji maarifləndirmə ilə bağlı yazılmış çoxlu kitablar var və bu kitablardan istidfadə edərək hər birimiz məlumatlanmalıyıq və öz fikirlərimizi daim ətrafımızdakı insanlarla bölməliyik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi