31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü!

30 dekabr tarixində Binəqədi rayonu Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə məktəbdənkənar sinifdənxaric işlər üzrə direktor müavini Rüstəmova Fatimənin təşkilatçılığı ilə 31 dekabr- Dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş tədbir keçrildi.Tədbirdə məktəbin direktoru Həziyeva Səma, təlim-tərbiyə işləri üzrə direktor müavini Hüseynova Cəmalə, UBTR Məmmədova Vüsalə, sinif rəhbərləri və şagirdlər iştirak etmişdir. Tədbirdə məktəblilərə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi və əhəmiyyəti barədə geniş məlumat verilib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş Dünya Azərbaycanlılarının Həmrəylik Gününün respublikamızda və müxtəlif ölkələrdə geniş qeyd olunduğu vurğulanıb. Həmrəylik Gününün dünyada yaşayan soydaşlarımız arasında birlik və həmrəylik yaratmaq baxımından mühüm rol oynadığı diqqətə çatdırılıb.
Tədbirlərdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş videoçarxlar nümayiş olunub. Şagirdlər Vətənə, həmrəyliyə və Yeni ilə aid şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.Hər il dekabr ayının son gününün Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması taleyin gərdişi üzündən dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə - müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir.