Bilik yarışı

 25 dekabr tarixində Binəqədi rayonu Z.Məmmədov adına 103 n0mrəli tam orta məktəbdə "Zəfər yurdunun qalib şagirdləri" adlı bilik yarışı təşkil olunmuşdur.Yarışda 103, 313, Xırdalan şəhər 6 və Xırdalan şəhər 9 nömrəli tam orta məktəblərin şagirdləri biliklərini sınayıblar.

“Məktəblinin dostu” layihəsi çərçivəsində baş tutan bilik oyununun təşkil olunmasının əsas məqsədi məktəblilərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, kollektivi təmsiletmə qabiliyyətinin üzə çıxarılmasına dəstək olmaqdır.

Yarışın nəticələrinə əsasən Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin şagirdlərindən ibarət komanda qalib gəlib.

Sonda bütün iştirakçılara sertifikat və müxtəlif hədiyyələr təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi