Məktəbdaxili monitorinq

10 dekabr tarixində Binəqədi rayonu Z.Məmmədov adına tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə IX sinif şagirdləri üçün buraxılış imtahanı formatında növbəti diaqnostik monitorinq keçirilmişdir.Distant təhsilə keçmiş 9a sinfinində TİMS platformasında monitorinqinin keçirilməsi təşkil olundu.Sınaq imtahanına saat 09:00–da başlandı. Monitorinq sualları 2 variantda şagirdlərə təqdim olundu. İngilis dilindən dinləmə mətnlərinin səsləndirilməsi və şagirdlərin sərbəst işləmələri təmin olundu. Məktəb rəhbərliyinin nəzarəti ilə monitorinq qaydalara uyğun olaraq baş tutdu.