Ulu Öndər Heydər Əliyevin anım günü

13 dekabr tarixində Binəqədi rayonu Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anım tədbiri keçirildi. Tədbirdə məktəbin direktoru Həziyeva Səma ,müəllim kollektivi və şagirdlər iştirak etdilər.Tədbir Ulu Öndərin və Şəhidlərimizn əziz xatirəsinin bir dəqiqəlik sukutla yad edilməsi ilə başlanıldı.Məktəbimizin şagirdləri Ulu öndər Heydər Əliyevə,vətənə ,bayrağa həsr olunmuş şeirlər, mahnılar səsləndirdilər. Tədbirdə ümummilli liderə həsr olunan film nümayiş olundu.Çıxış edənlər böyük şəxsiyyətin həyatı və Azərbaycanımız naminə, ölkəmizin inkişafı yolunda gördüyü saysız-hesabsız işlər barədə iştirakçılara məlumat verdilər.Daha sonra məktəbin direktoru Həziyeva Səma çıxış etdi.Məktəbin direktoru bildirdi ki, Ulu öndər Heydər Əliyev Azərbaycanı dönməz müstəqilliyə ,inkişafa apardı.Azərbaycan xalqı xoşbəxtdir ki, bu ölkəyə Heydər Əliyev kimi müdrik insan,siyasi lider rəhbərlik edib və bugün bu siyasət dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir..Tədbirin sonluğu iştirakçıların “Heydər ata”musiqisini ifa etməsi ilə başa çatdı.