Valideyn komitələri ilə görüş

19 noyabr 2021-ci il tarixində Binəqədi rayonu Z.Məmmədov adına 103 nömrəli məktəbdə valideyn komitələrinin sədrləri ilə görüş keçirildi. Bu görüşün əsas məqsədi müəllim - valideyn münasibətlərinin möhkəmləndirilməsidir.Görüşdə məktəbdənkənar sinifdənxaric işlər üzrə direktor müavini Rüstəmova Fatimə çıxış edərək müəllim-valideyn münasibətlərinin möhkəmləndirilməsində valideyn komitələrinin sədrlərinin əhəmiyyətli rolundan danışdı.Valideynləri maraqlandıran məsələlərin həlli istiqamətində görüləcək işləri müəyyən etmək üçün iclasın sonunda sədrlərə sorğu vərəqləri paylanıldı, valideynləri maraqlandıran sualları cavablandırdı.Görüşün sonunda valideynlər məktəbin fəaliyyətindən razı qaldığını və buna görə məktəb rəhbərliyinə təşəkkürünü bildirdi.