"QİÇS"lə mübarizə günü

1 dekabr tarixində Binəqədi rayonu Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə "QİÇSLƏ mübarizə" tədbiri keçrilmişdir.Tədbiri giriş sözü ilə açan məktəbin məktəbdənkənar sinifdənxaric işlər üzrə direktor müavini tədbir iştirakçılarını salamlayaraq tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Hər il dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü qeyd edilir. “İİV-infeksiyası/QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir. Dünyada təxminən 40 milyona yaxın insan İİV daşıyıcısıdır. Qazanılmış İmmun Çatışmazlığı Sindromu – QİÇS insanın sonrakı fəaliyyəti nəticəsində “qazandığı”, bilərəkdən və ya bilməyərəkdən tutulduğu bir bəladır. Avropa ölkələrinin əksəriyyətində bu xəstəliyə düçar olanların vəziyyətini yaxşılaşdırmaq, cəmiyyətin həmin insanlara münasibətini dəyişdirmək üçün tədbirlər görülür, tibbi, maddi və digər yardımlar göstərilir.