"Laçın sən azadsan"

1 dekabr tarixində Z.Məmmədov adına 103 nömrəli məktəbdə məktəbdənkənar sinifdənxaric işlər üzrə direktor müavini Rüstəmova Fatimənin və Uşaq Birliyi Təşkilatının rəhbəri Vüsalə Məmmədovanın təşkilatçılığı ilə "Laçın sən azadsan" tədbiri keçrilmişdir. Tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükütla yad edilməsi ilə başlanmışdır. Tədbirdə məktəbdənkənar sinifdənxaric işlər üzrə direktor müavini çıxış edərək şagirdlərə Zəfər tariximiz və Laçının işğaldan azad olunduğu günlə bağlı məlumat vermişdir. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir.Azərbaycan Respublikası dekabrın 1-də Ermənistanın işğalı altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytardı.Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan çıxarmaqla Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı.Beləliklə, Azərbaycan sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi.Azərbaycan Vətən müharibəsinin 44 günü (27 sentyabr - 9 noyabr) ərzində 4 rayonumuzu - Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlını, həmçinin Şuşa şəhəri, Hadrut qəsəbəsi və Dağlıq Qarabağdakı bir çox torpaqlarımızı hərbi yolla işğaldan azad etdi, düşməni darmadağın etdi və Ermənistanı dərin böhrana saldı. Azərbaycan ordusunun məhv etdiyi və ya qənimət götürdüyü düşmənə məxsus hərbi texnikanın qiyməti bir neçə milyard dollardır. Bu, xarici borc içində üzən Ermənistan üçün böyük zərbədir.