"Kəlbəcər sən azadsan"

   25 noyabr tarixində Z.Məmmədov adına 103 nömrəli məktəbdə məktəbdənkənar sinifdənxaric işlər üzrə direktor müavini Rüstəmova Fatimənin və Uşaq Birliyi Təşkilatının rəhbəri Vüsalə Məmmədovanın təşkilatçılığı ilə "Kəlbəcər sən azadsan" tədbiri keçrilmişdir. Tədbir şəhidlərin ruhunun bir dəqiqəlik  sükütla yad edilməsi ilə başlanmışdır. Tədbirdə məktəbdənkənar sinifdənxaric işlər üzrə direktor müavini  çıxış edərək şagirdlərə Zəfər tariximiz və Kəlbəcərin işğaldan azad olunduğu günlə bağlı məlumat vermişdir. Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən bir il ötür. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi