Diqqət uşaqlar!

24 noyabr tarixində 103 nömrəli tam orta məktəbdə "Diqqət uşaqlar! "adlı tədbir keçirilib.
Tədbirin məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması olub.