Ağdamın azad olunduğu şanlı gün

19 noyabr tarixində Z.Məmmədov adına 103 nömrəli məktəbdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Rüstəmova Fatimənin və Uşaq Birliyi Təşkilatının rəhbəri Vüsalə Məmmədovanın təşkilatçılığı ilə "Ağdamın azad olunduğu şanlı gün" tədbiri keçrilmişdir. Tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükütla yad edilməsi ilə başlanmışdır. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini çıxış edərək şagirdlərə Zəfər tariximiz və Ağdamın işğaldan azad olunduğu günlə bağlı məlumat vermişdir.2020-ci il 20 noyabr tarixi – Ağdamın azad olunduğu şanlı gün. Bu tarix xalqımız üçün qürur günüdür. Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Torpaqlarımız düşmən tapdağından azad edilib. Bu gözəl anlar üçün Ali Baş Komandana təşəkkür edirik. Ağdam rayonu hərbi əməliyyat keçirilmədən siyasi yolla işğaldan azad edildi. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik bacarığının nəticəsidir. Azərbaycan Ordusu və xalqı onun ətrafında bir yumruq kimi birləşərək, qəddar düşməni torpaqlarımızdan qovdu.Ağdam rayonunun böyük hissəsi 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Prezident İlham Əliyev bu münasibətlə demişdir ki, biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir.Ağdamlılar həm birinci, həm də ikinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuş və çoxlu şəhidlər vermişlər. Bütün şəhidlərimizə Allah rəhmət etsin, Azərbaycan xalqı həmişə onların xatirəsini əziz tutacaq.