Fövqəladə hallarda davranış qaydaları

"Məktəblinin Dostu" layihəsinin təşkil etdiyi "Fövqəladə hallarda davranış qaydaları və İlkin tibbi yardım" adlı təlimləri 103 nömrəli tam orta məktəbdə keçirilməkdə davam edir. Təlimin əsas məqsədi baş vermiş hadisə zamanı necə davranmaq lazım olduğunu və hansı yardımın göstərilməsi haqqında şagirdləri maarifləndirməkdir.