Aşıq Ələsgər - 200 illik yubleyinə həsr olunmuş açıq dərs

Bİnəqədi rayonu Z.Məmmədov adına 103 nömrəli Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Raziyə Əliyeva 8a sinfində “Aşıq Ələsgər yaradıcılığı” mövzusunda açıq dərs təşkil etdi. Dərsdə Aşıq Ələsgərin həyat və yaradıcılığını əks etdirən təqdimatları və araşdırmaları dinlənildi. Sənətkarın “Çeşmə başında”, “Güləndam”, “Yaylaq”, “Dağlar” qoşmalarından nümunələr səsləndirildi. Aşıq Ələsgərin həyatından söz açan şagirdlər sənətkarın ömrünün son illərində ailəsində və vətənində baş verən faciəli hadisələrin onu sarsıtmasını, səhhətini pozmasını vurğuladılar. 1918-ci ildə erməni daşnaklarının Azərbaycan türkləri yaşayan kəndlərə hücum çəkməsi, evləri yandıraraq günahsız insanları qətlə yetirməsi Aşıq Ələsgəri Göycə mahalının əhalisi ilə birlikdə doğma yurd yerlərini tərk etməyə məcbur etmiş, Kəlbəcərin Qanlıkənd kəndinə köçmüşdür. El kədərini Aşıq özünün “Gözlə, gözlə sən”, “Bu yerdə tapılmaz”, “Dolansın” şeirlərində ifadə etmişdir. Azərbaycan ədəbiyyatı tarixində yer tutan Aşıq Ələsgərin zəngin poetik irsi Azərbaycanın bir çox aşıqları üçün əsl sənətkarlıq məktəbi olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi