Konstitusiya

11 noyabr tarixində Binəqədi rayonu Z.Məmmədov adına 103 nömrəli məktəbdə "Konstitusiya günü" ilə bağlı tədbir keçirilmişdir.Tədbirdə qanunun aliliyi nümayiş etdirilərək "Qanun şahdır" fikri əsaslandırılmışdır. Şagirdlərə Azərbaycan Respublikasının Konstitusiyasının necə yaranmasından bəhs edilmişdir. Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır və həmin ildən etibarən hər il 12 noyabr Azərbaycan Respublikasının "Konstitusiya Günü" kimi qeyd olunur.Müstəqil Azərbaycanın dahi lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk Konstitusiyanın dövlətçilik tariximizdə yeni mərhələ açdığı, dövlət quruculuğunda, iqtisadiyyatda və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verdiyi şagirdlərin diqqətinə çatdırılıb.Çıxış edənlər cəmiyyətin təhlükəsizliyinin qorunmasında, inkişafa, rifaha nail olunmasında, qarşılıqlı münasibətlərin qurulmasında Konstitusiyanın əsas vasitə olduğunu bildirib, bu ali qanunvericilik aktının qəbulunu çağdaş tariximizin ən mühüm hadisələrindən biri kimi qiymətləndiriblər.Tədbirlər çərçivəsində Konstitusiya tariximizə həsr olunmuş videoçarxlar göstərilib. Məktəblilərin 12 noyabr-Konstitusiya Günü münasibətilə hazırladıqları əl işləri, rəsmlər və ədəbi-bədii kompozisiyalar nümayiş olunub.