Aşıq Ələsgər - 200 illik yubley

Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı tədbirlər çərçivəsində paytaxtın ümumtəhsil məktəblərinin VII-X sinif şagirdləri arasında “Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsi keçirilir.Binəqədi rayonu Z.Məmmədov adına 103 nömrəli məktəbdə də Aşıq Ələsgərin yaradıcılığına aid müsabiqə keçrildi. Müsabiqənin məqsədi şagirdləri ustad sənətkarın həyat və yaradıcılığı, Azərbaycan folkloru və xalq ədəbiyyatının mühüm hissəsi olan aşıq sənəti ilə tanış etmək, onların bədii-estetik zövqünü formalaşdırmaq və yaradıcılıq səviyyələrinin yüksəldilməsinə dəstək verməkdir.Müsabiqə “Şeir”, “Mahnı” və “Yaradıcı iş” olmaqla 3 nominasiya üzrə keçirilir.Məktb turunda qalib olan şagrdlər şəhər turunun növbəti mərhələsində iştirak edəcəklər.Şagirdlərimizə uğurlar diləyirik!