Məktəb kollektivi Şəhid bulağının açılışında iştirak etdi

Binəqədi rayonunun Xocasən qəsəbəsində Vətən müharibəsi şəhidi - Taleh Daşdəmirov adının əbədiləşdirilməsi məqsədilə inşa edilmiş bulaq-xatirə kompleksinin açılışı olub.Şəhidin ailə üzvlərinin, döyüş yoldaşlarının və qazilərin də iştirak etdiyi açılış mərasimində Binəqədi rayonu Şəhid  Zakir Məmmədov adına 103 nömrəli məktəbin  direktoru və müəllim kollektivi  qəhrəman məzununun adını daşıyan bulağa gül dəstələri düzülüb və onun əziz xatirəsi böyük ehtiramla yad edilib. Binəqədi rayonu 103 nömrəli məktəbin direktoru  Həziyeva Səma öz çıxışında Şəhid Taleh Daşdəmirovun məktəb illərindən bəhs edib və onu yüksək mənəvi keyfiyyətlərə malik olan nümunəvi gənc kimi xatırlayıb. Azərbaycan xalqı üçün igid, qeyrətli və mərd oğullar yetişdirən valideyinlərə dərin ehtiramını bildirən məktəbin direktoru dövlətin suverenliyi və xoşbəxt gələcəyi uğrunda canlarını fəda etmiş şəhidlərin müasir gənclik üçün ən gözəl vətənpərvərlik nümunəsi olduğunu qeyd edib. Ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda canından keçən bütün şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyib.Daha sonra mərasimdə məktəb şagirdləri öz şeirlərini səsləndiriblər.Tədbirdə çıxış  şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi