Zəfər günü

5 noyabr 2021-ci il tarixində  Z.Məmmədov adına 103 saylı tam orta məktəbdə  “Zəfər günü” münasibətilə məktəbin tərbiyə işləri üzrə direktor müavini  Rüstəmova Fatimənin  təşkilatçılığı ilə məktəbimizdə tədbir keçrilmişdi.Tədbir şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükütla yad edilməsi ilə başlanmışdır.Tədbirdə məktəbin direktoru Həziyeva Səma çıxış edərək qeyd edibki, Qarabağın incisi Şuşanın noyabrın 8-də 28 illik əsarətdən qurtarması və xalqımızın döyüş əzminin, qüdrətinin təntənəsinə çevrilən bu misilsiz Qələbəsinin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə qürurla qeyd edilməsinin tariximizin ən parlaq səhifələrindən biri olduğunu vurğulayıb. Bildirib ki, illər ötəcək, nəsillər bir-birini əvəz edəcək, lakin xalqımızın birliyi, həmrəyliyi, ordumuzun rəşadəti və ölkə başçısının qətiyyəti sayəsində əldə etdiyimiz bu Qələbə heç vaxt unudulmayacaq, şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan şəhidlərimizin fədakarlığı, qazilərimizin qəhrəmanlığı, əsgər və zabitlərimizin şücaəti heç vaxt yaddan çıxmayacaq.Tarix müəllimimiz  Əliyev Murad öz çıxışında qeyd edib ki, sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilmişdir. Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Vətən Müharibəsinin iştirakçısı olan qazilərimiz  iştirakçılara döyüş əməliyyatlarından xatirələrini danışıb, Azərbaycan əsgərinin hər an Vətənin keşiyində durmağa hazır olduğunu ifadə edib.Digər çıxış edənlər də sarsılmaz Qələbəmizin tarixi əhəmiyyətindən söz açıblar. Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsində keçdiyi şərəfli yolun gənc nəslə çatdırılması istiqamətində görülən işlərə toxunublar. Tədbir şagirdlərin ifasında şeirlər, mahnılar və ədəbi-bədii kompozisiyalarla davam edib. Sonda məktəbin direktoru Həziyeva Səma Azərbaycan dili-ədəbiyyatı müəllimi Əliyeva Raziyə və tarix müəllimimiz Şirinova Sevinc müəlliməyə vətənpərvər övlad yetişdirdikləri üçün təşəkkürnamə ilə təltif edib.Tədbirin təşkilatçısı Rüstəmova Fatimə məktəbin direktoru  Həziyeva Səma müəlliməyə  məktəbdaxili və məktəbdənkənar tədbirlərin  keçrilməsində xüsusi iştirakına görə məktəb kollektivi adından təşəkkürnamə təqdim edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi