Psixoloji söhbət

26 oktyabr tarixində Z.Məmmədov adına 103 nömrəli tam orta məktədə psixoloq Sevinc Abbasovanın təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirildi. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Fatimə Rüstəmova zərərli vərdişlərlə mübarizədə maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq, yeniyetmələri sağlam həyat tərzi keçirməyə, ətraf aləmin gözəlliklərindən – təbiətdən, kitablardan, maraqlı insanlarla ünsiyyətdən zövq almağa, faydalı bilik və bacarıqlar öyrənməyə çağırdı.