Zəfərə aparan 44 gün

20 oktyabr tarixində Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Behbudova Südabənin təşkilatçılığı ilə Zəngilan rayonunun işğaldan azad olunmasının ildönümü ilə bağlı " Zəfərə aparan 44 gün" adlı tədbir keçirildi.İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Tədbirdə məktəbin direktoru Həziyeva Səma çıxış edərək qeyd etdi ki, oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini bildirib.Məktəbin tərbiyə işləri üzrə direktor müavini Fatimə Rüstəmova və tarix müəllimi Murad Əliyev Zəngilan rayonunun azad olunma tarixi və coğrafi mövqeyi haqqında danışıblar.Məktəbin şagirdləri Vasif Səfərov və Leyla Xəlilzadə isə “Zəngilan” şeirini qürur və sevinc hissi ilə səsləndiriblər. Məktəbin musiqi müəllimi Həcər Əkbərovanın təşkilatçılığı ilə 6ç sinfinin şagirdlərinin ifasında Azərbaycan mahnısı səsləndirildi. Sonda məktəblilərə tarixi torpağımız Zəngilan rayonu haqqında suallar verilib, şagirdlər sualları böyük həvəslə cavablandırıblar.