Zəfərə aparan 44 gün

9 oktyabr tarixində Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbin tarix müəllimi Sevinc Şirinovanın təşkilatçılığı ilə 6b sinfində Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunmasının ildönümü ilə bağlı " Zəfərə aparan 44 gün" adlı tədbir keçirildi.İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Sevinc müəllimə zəfərlə bağlı şagirdlərə məlumat verdi. Şagirdlər şanlı zəfər tariximizlə bağlı şeirlər səsləndirdilər.