Zəfərə aparan 44 gün

4 oktyabr tarixində Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə tarix müəllimləri Emin Hüseynov və Murad Əliyevin təşkilatçılığı ilə 7c və 9ç siniflərində " Zəfərə aparan 44 gün " adlı tədbir keçirildi. Tədbir Suqovuşan və Cəbrayıl şəhərinin işğaldan azad olunmasının ildönümünə həsr olunmuşdur. İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə şagirdlərin hazırladıqları təqdimatlar dinlənildi.