Unutmarıq , unutdurmarıq!

Sentyabr ayında 27 Sentyabr -Anım Günü ilə əlaqədar Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbin müəllim kollektivi və şagirdləri Şəhidlər Xiyabanı , Fəxri Xiyaban və Hərbi Qənimətlər parkına ziyarət etmişdilər. Ziyarət zamanı şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Hərbi Qənimətlər parkında şagirdlər 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşməndən əldə etdiyimiz hərbi qənimətlərlə yaxından tanış olub.