Anım Gününə həsr edilən ağacəkmə aksiyası

27 sentyabr tarixində Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə ağacəkmə aksiyası keçirilib. Anım gününə həsr edilən ağacəkmə aksiyasında məktəbin direktoru Səma Həziyeva , təlim-tərbiyə işləri üzrə direktor müavini Cəmalə Hüseynova və müəllim kollektivi iştirak etmişdir. Aksiya iştirakçıları tərəfindən ağac əkilən ərazi əvvəlcədən kollardan, tullantılardan, təmizlənib, bura əkin üçün hazır vəziyytə gətirilib.