2021-2022-ci tədris ilinin ilk Pedaqoji Şura iclası

21.09.2021ci il 2021-2022- ci tədris ili üzrə Pedaqoji Şuranın ilk online iclası keçirildi. Məktəbin direktoru Səma Həziyeva kollektivi yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək iclasın gündəliyi ilə tanış etdi. 1-ci yarımil ərzində və xüsusi karantin rejimi dövründə məktəbin fəaliyyətindən danışdı. IX və Xl sinif şagirdlərinin uğurları, problemlərdən söhbət açıldı . Direktor müavini Cəmalə Hüseynova  tədris işlərinin qurulması və yeni tədris ilində görüləcək fəaliyyətlər barədə məlumat verdi. Daha sonra Yeni dərs ilində karantin rejimi dövründə məktəbin fəaliyyəti haqqında Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmri ilə pedaqoji kollektiv məlumatlandırıldı. 22 sentyabr - ibtidai siniflərin, 29 sentyabrda V-XI siniflərin İlk dərs günü əyani formada keçiriləcəyi barədə kollektivin nəzərinə çatdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi